“Azərbaycan Xocavənddəki erməni abidəsini bombalaya bilər” – <font color=red> MARKOV</font>

Aktual

31.01.2021 - 14:12

Biz öz ərazimizdə qurulan Njdenin heykəli problemindən necə qurtulmalıyıq?

 

Xocavənddə (ermənilər bu şəhəri Martuni adlandırırlar) nasist Almaniyasına xidmət etmiş, türk düşməni Qaregin Njdeyə abidə qoyulması Azərbaycan tərəfində narazılıq dalğasına səbəb oldu. Bu təxribatdan qurtulmaq üçün hansısa addım atmaq çətin olsa da, səssiz qalmaq razılaşmaq deməkdir və buna qətiyyən yol vermək olmaz. Üstəlik, Xocavəndin faşist nökərinin abidəsinin ucaldıldığı hissəsi, son zamanlar Azərbaycan tərəfinin bir çox suallarına səbəb olan Rusiya sülhməramlılarının nəzarət zonasındadır.

 

Sülhməramlılar əsas vəzifələri ilə - tərəflər arasında hər hansı bir silahlı təmasın qarşısını almaqla məşğul olmur, Qarabağ separatçılarına Azərbaycan torpaqlarında ikinci bir erməni dövləti yaratmaq ümidi bəsləməyə imkan verən silahlı qüvvələr kimi davranırlar.

 

Dövlət qurumları kimi, ruslar Qarabağ ermənilərini ehtiyac duyduqları hər şeylə təmin edirlər və bununla da hər gün Azərbaycan cəmiyyətinin düşüncəsində daha çox şübhəli suallar doğururlar: Biz rus sülhməramlılarını dəvət edərək, onlara hakim rolunu həvalə etməklə səhv etmədikmi?

Сергей Марков: Всем ясно, что в ближайшее время Азербайджан полностью  восстановит свой суверенитет над всей территорией Нагорного Карабаха -  АЗЕРТАДЖ - Азербайджанское государственное информационное агентство

Rusiya politoloq Sergey Markov, Njdenin abidəsinin qoyulması ilə bağlı baş verən son hadisəni AYNA-ya şərh edərkən deyib ki, ermənilərin bu cür hərəkəti 10 noyabr üçtərəfli razılaşmasının ruhuna ziddir: “Yəni, rus sülhməramlılarının bu abidəni dağıtmasına və ya bir şəkildə erməni təxribatına müdaxilə etməsinə imkan verən heç bir hüquqi əsas yoxdur. Lakin bu, anlaşmanı pozmağa və imzalanan bəyanatda göstərilən məqamların icrasına imkan verməməyə yönəlmiş açıq bir təxribatdır. Bu, münaqişə və gərginliyə səbəb olmaq üçün edilir”.

 

Lakin, politoloq bu abidənin qoyulmasının ciddi bir gərginliyə səbəb olacağına inanmır. Ancaq reaksiya vermək lazımdır - Moskvadakı ictimaiyyət, lobbi və diaspor təşkilatları tərəfindən onlara təzyiq göstərmək lazımdır.

 

“Azərbaycan təşkilatları bu baxımdan çox zəifdir, erməni təşkilatları isə çox fəaldır. Əgər ermənilər hansısa abidəni bəyənməsəydilər, Azərbaycan tərəfdən görmədiyimiz fərqli müraciətlər dalğası olardı. Ümid edirəm ki, Rusiya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyindən sərt bir reaksiya gələcək, çünki iki il ərzində Njdenin Sovet İttifaqının arxa cəbhəsinə göndərilən alman təxribatçıların təlimində iştirak etdiyini sübut edən sənədlər dərc edirdilər”, - deyə Markov bildirib.

 

Onun fikrincə görə, rus sülhməramlıları bu abidəni sökə bilməzlər: “Çünki buna qanuni hüquqları yoxdur, yalnız tərəflər arasında silahlı qarşıdurmaların qarşısını almağa cavabdehdirlər. Buna görə də, sülhməramlı qüvvələrin rəhbərliyi və ya Rusiya Müdafiə Nazirliyi onları bu cür təxribat xarakterli hərəkətlərdən imtina etmələrini xahiş edə və ya buna çağıra bilər, amma bunun nə qədər təsirli olacağını bilmirəm. Çünki ermənilər üçün Njde bir qəhrəmandır - hansının ki, abidəsini özlərinin hesab etdikləri ərazidə ucaldıblar”.

 

Markov onu da əlavə edib ki, Njdeyə abidənin qoyulması faktının özü, artıq Qarabağdakı ermənilərin münaqişəyə kökləndiyini göstərir: “Bu abidənin qoyulmasında məqsəd - Azərbaycanı maksimum dərəcədə qıcıqlandırmaq və alçaltmaq və bu ərazilərin ona aid olmadığını göstərməkdir. Azərbaycan müvafiq olaraq, bunun təcavüz və ərazini ələ keçirmə aktı hesab olunduğunu xəbərdar edə bilər və bundan sonra təbii olaraq sülhməramlı missiya və mülki əhali arasında itki olmaması üçün sülhməramlı qüvvələri xəbərdarlıq etməklə, bu abidəni bombalaya bilər”.

 

Bunun Rusiya hərbçiləri tərəfindən təcavüz aktı kimi qəbul ediləcəyi ehtimalından danışan rusiyal politoloq belə şərh verib: “Əsas məsələ nə rus sülhməramlıları, nə də mülki insanların zərər görməsidir. Njdenin abidəsi bu ərazinin ələ keçirilməsinin nümayişidir”...

Tofiq Zülfüqarov: “Onu mən

Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov isə AYNA-ya deyib ki, ermənilərin bu hərəkəti, yalnız Azərbaycanın suveren hüquqlarına zidd deyil, eyni zamanda bölgəni idarə edən sülhməramlılara verilən funksiyalara da ziddir: “Əslində, ermənilər daim bu məslədə özlərini zərbə riski altında qoyurlar. Rus ordusunun burnunun qabağında, onların nəzarət zonasında, faşizmin xidmətçisinə bir abidə ucaldıldı. Düşünürəm ki, bu mövzu sülhməramlı qüvvələrin funksiyalarının dəqiqləşdirilməsini sürətləndirmək üçün bir təşviq olmalıdır”.

 

Sabiq nazirin sözlərinə görə, sülhməramlı əməliyyat ev sahibi ölkənin suverenliyinin pozmulması anlamına gəlmir: “Azərbaycanın suverenliyinin tam qorunması və tanınması səbəbindən Azərbaycan Laçındakı nəzarət-buraxılış məntəqəsi üzərində nəzarəti gücləndirməlidir. Laçın dəhlizi yalnız sülhməramlılar tərəfindən idarə edilməməli, eyni zamanda Azərbaycan sərhədçiləri də barışıq missiyasının səlahiyyətlərinə aid olmayan məsələləri həll etmək üçün həmin məntəqədə olmalıdırlar”.

 

“Bəzi abidələrin quraşdırılması ilə bağlı yaranan problemlər sülhməramlıların funksiyaları siyahısına daxil edilməyib. Qanuni olaraq bu ərazilərə dair bütün hüquqlar Azərbaycana məxsusdur və buna görə də bu məsələni sülhməramlılar qarşısında ciddi şəkildə qaldırmaq və Xocavənddə bu problemi həll etmək hüququna malikdir. Rus sülhməramlıları Azərbaycanın tələbini yerinə yetirməyə borcludurlar, çünki orada Azərbaycanın dəvəti ilə dayanıblar”, - Zülfüqarov vurğulayıb.

 

Diplomat hesab edir ki, pilotsuz təyyarələr qaldırmağa və abidələri bombalamağa ehtiyac yoxdur: “Abidəni sökmək üçün nümayişkaranə şəkildə ermənilərin qarşısında sülhməramlıların müşayiəti ilə oraya getmək lazımdır. Kim ki əleyhinədir, problem yaradan bir şəxs kimi cəzalandırın. Bir pilotsuz raket Njde abidəsi üçün çox baha başa gəlir, psixoloji cəhətdən yenidən düşünüb, başa düşməliyik – bu, Azərbaycan ərazisidir və lazım olduğunu, düşündüyümüzü etmək hüququmuz var.  Sülhməramlıların isə ev sahibinin hüquqlarını hansısa şəkildə pozacaq addımlar atmaq ixtiyarı yoxdur”.

Müəllif: Nicat Hacıyev