Azərbaycan XİN: "PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq"

Siyasət

12.05.2025 - 21:36

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Xarici İşlər Nazirliyi PKK terror təşkilatının özünü ləğv etməsi barədə bəyanat yayıb.

AYNA.AZ xəbər verir ki, bu barədə qurumun X hesabında paylaşım edilib.

"Davamlı sülh və sabitlik yolunda mühüm addım olan PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq. Bölgədə terror təhlükəsinə son qoymaq üçün ən qısa zamanda praktiki addımların atılmasını gözləyirik. Qardaş Türkiyə rəhbərliyini terrorizmin kökünün kəsilməsi, təhlükəsizliyin gücləndirilməsi və sabitliyin təşviqi istiqamətindəki sarsılmaz öhdəliyinə görə alqışlayırıq", - paylaşımda deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş