Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünün qərarlarının icrası ilə bağlı fikir mübadiləsi aparılıb
Martın 21-də xarici işlər naziri Ceyhun Bayramovun Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev ilə telefon danışığı baş tutub. AYNA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsindən bildirilib.
Tərəflər Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı məsələləri, o cümlədən təşkilatın VIII Zirvə Görüşünün qərarlarının icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Türk Dövlətləri Təşkilatının beynəlxalq təşkilatlarla əməkdaşlığı məsələləri, xüsusilə də İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində əməkdaşlıq müzakirə mövzusu təşkil edib.
Tərəflər həmçinin təşkilatın gələcək tədbirləri ətrafında müzakirələr aparıblar.