Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb

Xəbərlər

08.06.2022 - 23:44

Həkimlər Klinikalar SEO Xidməti

Görüşdə əməkdaşlığın əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib

Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə "Efes-2022" beynəlxalq təlimini izləmək üçün qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 8-də İzmir şəhərində türkiyəli həmkarı ilə görüşüb. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyəti qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş