Ceyhun Bayramovla Edqars Rinkeviçs arasında telefon danışığı baş tutub
20 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsindən AYNA-ya verilən məlumata görə, nazirlər, Azərbaycan və Latviya arasında ikitərəfli əməkdaşlıq gündəliyinin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.
Tərəflər eyni zamanda, Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının aktual məsələlərini üzrə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı nazirlər, həmçinin cari regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.