Azərbaycan üzgüçüsü Avropa üçüncüsü olub

İdman

06.07.2022 - 23:19

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan yarışda 3 üzgüçü ilə təmsil olunur

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında bürünc medal qazanıb.

Federasiyanın Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, 18 yaşlı idmançı finalda 200 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan yarışda 3 üzgüçü ilə təmsil olunur. Yarışda Vəlizadə ilə yanaşı, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov da mübarizə aparır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş