Azərbaycan -Türkiyə birgə hərbi təlimləri keçiriləcək

Xəbərlər

27.07.2020 - 14:57

cedabet dərman SEO Xidməti

Genişmiqyaslı təlimlər 10 gün davam edəcək

 

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, birgə təlimlərdə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.

 

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş