Azərbaycan Ordusunun əsgəri həlak olub

Xəbərlər

05.08.2022 - 10:48

Hərbçi qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat edib

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlu Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat edib.

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Faktla bağlı cinayət işi açılıb.

Müəllif: Ayna.az