Azərbaycan Ordusunda təlim atışları yerinə yetirilib - VİDEO

Xəbərlər

14.03.2022 - 17:59

Həkimlər Klinikalar SEO Xidməti

Tapşırıqlar heyətlər tərəfindən müvəffəqiyyətlə icra olunub

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarında dəzgahlı iriçaplı pulemyot və avtomatik qumbaraatan heyətləri ilə təlim atış çalışmaları yerinə yetirilib.

Müdafiə Nazirliyindən AYNA-ya verilən xəbərə görə, atışdan qabaq bölmələr ərazidə açılma, atəş mövqelərinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri məşq ediblər. Atış çalışmalarında əvvəlcədən hazırlanmış mövqedən hədəfə yerindən atəş açmaq üzrə tapşırıqlar heyətlər tərəfindən müvəffəqiyyətlə icra olunub. 

Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən təlimlərdə əsas məqsəd heyətlərin praktiki vərdişlərini və atəş açma bacarıqlarını təkmilləşdirməklə bərabər, bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş