Azərbaycan neftinin qiyməti 85 dolları ötüb

İqtisadiyyat

02.12.2023 - 13:56

Neftin qiymətində artım qeydə alınıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,02 ABŞ dolları, yaxud 1,21 % artaraq 85,59 ABŞ dolları təşkil edib.

AYNA xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 78,88 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az