Azərbaycan neftinin qiyməti 100 dollara düşüb

İqtisadiyyat

30.09.2023 - 09:39

Həkimlər Klinikalar SEO Xidməti

Neftin qiymətində ucuzlaşma qeydə alınıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,6 ABŞ dolları, yaxud 1,57 % azalaraq 100,11 ABŞ dolları təşkil edib.

AYNA xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçersləri 95,38 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az