Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat

01.11.2023 - 11:34

Həkimlər Klinikalar SEO Xidməti

“Azeri Light”ın bir barelinin qiyməti 91,39 dollar olub

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,04 dollar azalaraq 87,41 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,07 dollar bahalaşaraq 81,09 dollar təşkil edib.

Azərbaycan nefti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,26 dollar azalaraq 91,39 dollar olub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş