Neftin qiymətində ucuzlaşma qeydə alınıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,14 ABŞ dolları, yaxud 0,16 % azalaraq 89,25 ABŞ dolları təşkil edib.
AYNA xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçersləri 84,80 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.