Azərbaycan Müdafiə Nazirliyi məlumat yaydı: sülhməramlılar olan ərazidə...

Xəbərlər

10.03.2022 - 00:27

Həkimlər Klinikalar SEO Xidməti

Sülhməramlılar olan ərazidə vəziyyət Ordumuzun nəzarətindədir

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətlə bağlı xəbərə münasibət bildirib.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumatda bildirilir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində guya gərginliyin yaranması barədə Ermənistan sosial şəbəkələrində yayılan xəbərlərin heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır.

“Bildiririk ki, hazırda bütün istiqamətlərdə vəziyyət sabitdir və Azərbaycan Ordusu bölmələrinin nəzarətindədir”, - deyə məlumatda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş