Azərbaycan hərbçisi qətlə yetirilib, tutulan var

Xəbərlər

18.08.2022 - 19:27

Həkimlər Klinikalar SEO Xidməti

Cinayətin Bəhruz Rzayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub

Azərbaycan Ordusunun hərbçisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə AYNA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçhin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Ağdam hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rzayev Bəhruz Sübhan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Bəhruz Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş