Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub
Ölkə əhalisinin sayı məlum olub. AYNA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, 2020-ci ilin yanvar-sentyabr aylarında əhalinin sayı 49 min 184 nəfər və ya 0,5 faiz artaraq, 2020-ci il oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 116 min 292 nəfərə çatıb.
Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.