Azad olunmuş ərazilərdə Peşələr Festivalı keçirilə bilər

Xəbərlər

07.06.2022 - 21:46

Həkimlər Klinikalar SEO Xidməti

Gələcəkdə bu festivalların digər rayonlarda və geniş keçirilməsi nəzərdə tutulur

"Azad olunmuş ərazilərdə Peşələr Festivalı keçirilməsinə nəzərdə tutulur". AYNA xəbər verir ki, bunu iyunun 7-də Bakıda keçirilən Peşə Festivalının bağlanış mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, növbəti illərdə peşə festivalı daha geniş formada keçiriləcək: "Gələcəkdə bu festivalların digər rayonlarda və geniş keçirilməsi nəzərdə tutulur. Həmçinin bu cür festivalın azad olunan ərazilərdə keçirilməsi də planlaşdırılır. Həmin ərazilər bərpa ediləndən sonra bu cür tədbirlər keçiriləcək".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş