Azad olunan ərazilərdə daha 125 mina aşkarlanıb

Xəbərlər

18.04.2022 - 11:49

Həkimlər Klinikalar SEO Xidməti

ANAMA minatəmizləmə əməliyyatları barədə məlumat yayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan AYNA-yaverilən məlumata görə, aprelin 11-dən 16-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 59, tank əleyhinə 66 mina və 237 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 445.8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Azad olunan ərazilərdə daha 125 mina aşkarlanıb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş