Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Xəbərlər

21.06.2021 - 15:14

Həkimlər Klinikalar SEO Xidməti

Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda minalarla bağlı əməliyyat-axtarış tədbirləri aparılıb

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

 

ANAMA-dan AYNA-ya verilən məlumata görə, iyunun 14-dən 19-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 89, tank əleyhinə 107 mina və 11 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Nəticədə 1 111 085 m² (111 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş