Azad edilmiş ərazilərdə ötən ay 900-dən çox mina aşkarlanıb

Xəbərlər

01.10.2026 - 22:26

6667 hektar ərazi mina və PHS-lərdən təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə sentyabr üzrə aylıq məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) AYNA.AZ-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən ay 757 piyada əleyhinə mina, 151 tank əleyhinə mina, 4525 digər partlayıcı sursat aşkarlanıb.

Bildirilib ki, 6667 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş