Avtovağzalların təşkili qaydası müəyyənləşdi

Xəbərlər

14.07.2023 - 13:09

cedabet dərman SEO Xidməti

“Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklər qəbul olunub

Əhalisinin sayı üç yüz min nəfərədək olan yaşayış məntəqələrində bir, əhalisinin sayı üç yüz min nəfərdən çox olan yaşayış məntəqələrində iki və ya daha çox avtovağzal (avtostansiya) təşkil olunacaq.

AYNA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, avtovağzallar (avtostansiyalar) sərnişin daşınmasını yerinə yetirən daşıyıcılara və sərnişinlərə xidmət göstərilməsi məqsədilə ayrı-ayrı şəhərlərdə və rayonların inzibati mərkəzlərində, habelə sərnişin axını intensiv olan iri nəqliyyat qovşaqlarında təşkil olunur.

Qanun qəbul ediləcəyi halda 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş