Avstriyada yük maşını qatarla toqquşub, yaralananlar var

Dünya

26.05.2025 - 23:18

cedabet dərman SEO Xidməti

Əraziyə 70-dən çox yanğınsöndürən cəlb olunub

Avstriyada yük maşını ilə qatarın toqquşması nəticəsində azı dörd nəfər yaralanıb.

AYNA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Ştiriya federal əyalətinin Veyz rayonunda mühafizə olunmayan dəmiryol keçidində qeydə alınıb.

Məlumata görə, xəsarət alanlardan biri – yük maşınının sürücüsünün durumu ağırdır. Azı üç sərnişin isə yüngül xəsarət alıb.

Qeyd olunub ki, hadisə nəticəsində yük maşını tamamilə yanıb. Əraziyə 70-dən çox yanğınsöndürən cəlb olunub.

Hadisədən sonra qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş