"Razılığa gəldik ki, istənilən davamlı sülh Ukraynanın suverenliyinə və təhlükəsizliyinə təminat verməlidir”
"Londonda keçirilmiş Ukrayna üzrə Avropa Zirvə Toplantısının iştirakçıları Ukraynaya hərbi yardımı davam etdirəcəklərini və Rusiyaya iqtisadi təzyiqləri artıracaqlarını vəd ediblər". AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Baş naziri Keir Starmer sammitdən sonra keçirilən mətbuat konfransında bildirib.
"Razılığa gəldik ki, istənilən davamlı sülh Ukraynanın suverenliyinə və təhlükəsizliyinə təminat verməlidir və Ukrayna danışıqlar masası arxasında olmalıdır. Sülh razılaşması olacağı təqdirdə, gələcəkdə istənilən hərbi müdaxilənin qarşısını almaq üçün Ukraynanın müdafiə qabiliyyətini gücləndirməyə davam edəcəyik", - Baş nazir vurğulayıb.
Stramer Britaniya və Fransanın Kiyev hakimiyyəti ilə birlikdə döyüş əməliyyatlarını dayandırmaq üçün plan üzərində işləməyə başlayacağını və daha sonra bunu ABŞ-yə təqdim edəcəyini bir daha vurğulayıb: "Britaniya Ukrayna ilə yeni iqtisadi saziş imzalayıb, buna əsasən, Kiyev hava hücumundan müdafiə sistemləri üçün raketlər də daxil olmaqla, hərbi satınalmalar üçün 2 milyard dollar məbləğində kredit alacaq".