Avropa İttifaqı Kiyevə hərbi yardım paketinin hazırlanmasını dayandırır

Dünya

04.03.2025 - 13:19

Həkimlər Klinikalar SEO Xidməti

Ukraynaya yeni hərbi yardım tədarükü ilə bağlı bənd çıxarılıb

Avropa İttifaqı (Aİ) liderləri Macarıstanın etirazlarına görə Aİ diplomatiyasının rəhbəri Kaja Kallas tərəfindən təklif edilən Kiyev üçün yeni 20 milyard avroluq hərbi yardım paketinin hazırlanmasını dayandırırlar.

AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” nəşri Aİ Şurasının sənəd layihəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, Aİ ölkələrinin nümayəndələrinə baxılmaq üçün təqdim olunan mətndən Ukraynaya yeni hərbi yardım tədarükü ilə bağlı bənd çıxarılıb. Dəyişikliklər Budapeştin İttifaq dövlətlərinin nümayəndələrinin sonuncu görüşü zamanı sənədin əvvəlki variantına veto qoymasından sonra edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş