Avakovun dostu nazir müavini vəzifəsindən azad edilib

Dünya

04.08.2021 - 18:04

Həkimlər Klinikalar SEO Xidməti

Qeraşenkonun vəzifəsini Ukrayna Prezidenti Vladimir Zelenskinin xahişi ilə tərk etdiyi bildirilir

 

Ukrayna hökuməti Anton Qeraşenkonu daxili işlər nazirinin müavini vəzifəsindən azad edib. Bu barədə AYNA "Strana.ua" saytına istinadən xəbər verir.

 

Qeraşenkonun vəzifədən azad olunması Ali Radanın deputatı Aleksey Qonçarenko tərəfindən elan edilib. Qərar Nazirlər Kabinetinin 4 avqust tarixli iclasında qəbul olunub.

 

Qeraşenko 2019 -cu ilin sentyabr ayının sonundan daxili işlər nazirinin müavini vəzifəsində çalışıb. Sayt qeyd edir ki, o, 2014 -cü ilin fevralından 2021 -ci il iyulun 15 -dək Daxili İşlər Nazirliyinə rəhbərlik etmiş keçmiş nazir Arsen Avakovun ən yaxın adamlarından sayılır və onun dostudur.

 

Qeraşenkonun vəzifəsini Ukrayna Prezidenti Vladimir Zelenskinin xahişi ilə tərk etdiyi və qərarı tamamilə sakit, balanslaşdırılmış qarşıladığı bildirilir.

 

Xatırladaq ki, Zelenski Avakovun sınaq müddətində olduğunu və taleyinin jurnalist Pavel Şeremetin qətlinin istintaqından asılı olduğunu bildirib.

 

Onu da qeyd edək ki, Avakov vəzifəsindən azad edildikdən sonra onun yerinə Ali Radanın Hüquq -mühafizə komitəsinin rəhbəri Denis Monastyrski təyin olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş