DİN məlumatlara aydınlıq gətirib
Sosial şəbəkələrdə Astara rayonunun Kijəbə qəsəbəsində Emil Kazımova məxsus aptekə gələn rayonun Maşxan kənd poçt şöbəsinin müdiri Tacəddin Fərhadovun aptek sahibinə hədə-qorxu gələrək 40 min dollar tələb etməsi barədə məlumat yayılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Qeyd olunub ki, həmin müraciət əsasında aparılan araşdırma zamanı məlum olub ki, adıçəkilən şəxslər arasında borc mübahisəsi var. İlkin araşdırma zamanı hədə-qorxu ilə tələb etmə faktı təsdiqini tapmayıb və həmin müraciətin qərəzli şəkildə edildiyi müəyyən olunub. Hazırda məsələ ilə bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.