51 yaşlı David Antoni barəsində cinayət işi açılıb
ABŞ-da qəribə cinayət hadisəsi baş verib. Florida ştatının Yupiter şəhərində yaşayan David Antoni arvadı Gretçeni öldürdükdən sonra onun telefonundan mesajlar göndərməyə başlayıb. Həmin mesajlarda güya Gretçeni koronavirusa yoluxduğunu və ağır vəziyyətdə olduğunu mesajla dostlarına “deyib”.
AYNA xarici mediaya əsasən xəbər verir ki, qadının ardıcıl mesajlardan şübhələnən dostları polisə bu barədə xəbər veriblər.
Nəticədə şübhəli vəziyyəti araşdıran polis həmin qadının xəstə kimi qeydiyyatda olmadığını müəyyən edib. Ardınca 51 yaşlı David Antoni barəsində cinayət işi açılıb və o, arvadını öldürdüyünü etiraf edib.