Nemət Əvəzov: "Əməliyyat və kəşfiyyat qurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək"
“Özünü qondarma "respublikanın" rəhbəri kimi təqdim edən Araik Arutunyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin ediləcək”. AYNA xəbər verir ki, bu sözləri Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.
Onun sözlərinə görə, istintaq hərəkətləri davam edir: "Qısa müddət ərzində əməliyyat və kəşfiyyat qurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək”.