Arazdəyəndə tikilən metallurgiya zavodu başqa yerə köçürülür

Xəbərlər

14.09.2023 - 11:32

cedabet dərman SEO Xidməti

Avropa İttifaqı missiyası avadanlıqların köçürülməsi prosesində iştirak edir

Arazdəyəndə, Azərbaycanla sərhəddə inşa olunan “erməni-amerikan” metallurgiya zavodu başqa yerə köçürülür. AYNA xəbər verir ki, bu barədə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası məlumat yayıb.

Avropa İttifaqı missiyası avadanlıqların köçürülməsi prosesində iştirak edir.

Qeyd edək ki, Azərbaycan Hökuməti Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodunun inşasının dayandırılmasını tələb edirdi.

Məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının icraçı katibinə də müvafiq bildiriş ünvanlanıb.

Bundan başqa, Ermənistan tərəfindən Arazdəyəndə tikiləcək metallurgiya zavodunun həm insanlara, həm də planetimizə potensial zərərli təsirlərinə və baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları tərəfindən bəyanatlar imzalanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş