"Araz-Naxçıvan" 2 futbolçusu ilə müqaviləni yeniləyib

İdman

09.06.2025 - 22:54

cedabet dərman SEO Xidməti

Rodriqes və Maçado 2025-2026-cı illər mövsümündə də “qırmızı-ağlar”ın formasını geyinəcək

“Araz-Naxçıvan” müqaviləsi başa çatan iki futbolçu ilə yeni müqavilə imzalayıb. AYNA.AZ xəbər verir ki, bu barədə klubdan bildirilib.

Məlumata görə, Nuno Rodriqes və Ramon Maçado 2025-2026-cı illər mövsümündə də “qırmızı-ağlar”ın formasını geyinəcək. Hər iki futbolçu ilə müqavilə bir il müddətinə imzalanıb.

Qeyd edək ki, indiyədək baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov və Vanderson Melo ilə də yeni müqavilə imzalanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş