“Aqroservis”də yanğın olub

Hadisə

30.05.2022 - 17:18

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

“Aqroservis” ASC-də yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Zərdab şəhərində ASC-nin ərazisində tutumu 80 ton olan çənin (kəsilməkdə olan) içərisində neft qalıqları yanıb. Yaxınlıqdakı çənlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az