“Aqressiya olarsa, qarşılarında F-16-ları görəcəklər” – <font color=red> PREZİDENT</font>

Siyasət

26.10.2020 - 13:20

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev: “Mən artıq Türkiyənin F-16 təyyarələri ilə bağlı suallara cavab verməkdən yorulmuşam”

 

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı Türkiyənin Azərbaycanda olan F-16 təyyarələri barədə danışıb.

 

AYNA-nın xəbərinə görə, ölkə başçısı bildirib ki, ona hər dəfə xarici jurnalistlər bu barədə sual ünvanlayırlar.

 

“Mən artıq Türkiyənin F-16 təyyarələri ilə bağlı suallara cavab verməkdən yorulmuşam. Baxın, peykiniz var, görün o F-16-lar Azərbaycanda nə edirlər, yerdədilər, yoxsa göydədirlər. Əməliyyatlardan əvvəl təlim üçün gəlmişdilər, qaldılar burada. İndi də bizə bir mənəvi dəstək verirlər”, - deyə Prezident qeyd edib.

 

Ölkə başçısı bildirib ki, əgər Azərbaycana qarşı hansısa aqressiya olarsa, bu təyyarələrdən istifadə ediləcək: “Azərbaycana qarşı aqressiya olacağı təqdirdə, qarşılarında həmin F-16-ları görəcəklər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş