Aptekləri qarış-qarış gəzməli olacaqsınız

Cəmiyyət

15.02.2020 - 11:00

Ya da belə deyək: Dərmanların qiymətlərində fərqi kim yaradır?

 

“Həmişə uşağa Devit-3 (D vitamini) dərmanını məşhur apteklər şəbəkəsindən (AVİS) 8 manat 50 qəpiyə alırdım. Bu dəfə gedə bilmədim həmin aptekə, eyni dərmanı 3 manat 30 qəpiyə Xırdalanda yerləşən bir aptekdən aldım. Bilmək istəyirəm, eyni dərman bu qədər böyük fərqlə niyə satışda olmalıdır?!”

 

Bunu vətəndaş Anar Xocayev AYNA-ya müraciətində deyib. Biz də redaksiya olaraq bu suala və narazılığa cavab tapmağa çalışdıq.

 

Pediatr Vaqif Qarayev dərman qiymətlərindəki fərqə belə şərh verib: “Ən əvvəl qeyd edim ki, ölkədə son illər daha çox həkimlər tərəfindən D vitamini müalicəsi tövsiyə olunur. Bir həkim kimi, öz Günəşi olan, qışda da günəşsiz qalmayan ölkə üçün insanlara davamlı D vitamini müalicəsinin yazılması və kütləvi D vitamini çatışmazlığının diaqnoz kimi ortaya çıxmasına şübhə ilə yanaşıram. İndi hamı D vitamini satır. Bu preparatın tərkibi eynidir. Amma əgər aptek qiymət fərqini bu qədər artırıb, “bizim dərman orijinaldır” deyirsə, onda bir daha ölkədə keyfiyyətsiz, saxta dərman olması faktı ortaya çıxır”.

Raminə Eyvazqızı