Antitellərin orqanizmdə qalma müddəti açıqlanıb

Xəbərlər

07.08.2021 - 13:49

Həkimlər Klinikalar SEO Xidməti

Yoluxmadan 7 ay sonra da antitel səviyyəsi sabit qalır

 

Alimlər koronavirusa qarşı antitellərin insan orqanizmində nə qədər müddət qala biləcəyinə aydınlıq gətirib.

 

AYNA xəbər verir ki, bu haqda məlumat Barselonanın Qlobal Sağlamlıq İnstitutunun (ISGGlobal) saytında yer alıb.

 

Araşdırmanın nəticələrinə görə, insan orqanizmində koronavirusa yoluxmadan 7 ay sonra da antitel səviyyəsi sabit qalır və hətta yüksələ də bilir. 

 

Mütəxəssislər həmçinin qeyd edirlər ki, insanların 75%-də xəstəliyin başlamasından 5 ay sonra antitellərin sayının artdığı müşahidə edilib.

 

Bununla yanaşı, koronavirusa yenidən yoluxma halı qeydə alınmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş