Angela Merkel: Tətikdə qalmalıyıq

Dünya

20.04.2020 - 20:13

cedabet dərman SEO Xidməti

Kansler karantin tədbirlərinin qəfildən azaldılması nəticəsində xəstəliyin yenidən artmasından qorxduqlarını deyib

 

Almaniya kansleri Angela Merkel ölkədə koronavirusun yayılması ilə bağlı bir sıra açıqlamalar verib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Merkel dünyada təsir qüvvəsini artıran xəstəliklə mübarizəyə hər zaman hazır olduqlarını söyləyib.

 

Merkel vətəndaşlara pandemiyanın qarşısını almaq üçün görülən tədbirlərə əməl etməyin hələ də vacib olduğunu ifadə edib.

 

Bununla yanaşı, kansler karantin tədbirlərinin qəfildən azaldılması nəticəsində xəstəliyin yenidən artmasından qorxduqlarını da əlavə edib.

 

Hökumət başçısı görülən tədbirlərin dayandırılıb-dayandırılmayacağı barədə, ən azı, 14 gün gözləmək lazım olduğunu bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş