"/>

"Amerika Patriot Mitinqi" – ABŞ-da karantinə qarşı etiraz davam edir<font color=red> </font>

Dünya

01.05.2020 - 12:03

cedabet dərman SEO Xidməti

Dövlət müəssisələrinin 1 may tarixindən fəaliyyətini bərpa etməsi tələb olunub

 

ABŞ-ın Miçiqan ştatında karantinə qarşı etiraz aksiyası keçirilib. AYNA xarici mediaya istinadən xəbər verir ki, aralarında silahlı olan etirazçılar dövlət binası qarşısına toplaşıblar. Yüzlərlə nümayişçi nə maskdan istifadə edib, nə də sosial məsafəni qoruyub.

 

Etiraz aksiyasına səbəb, ştatın demokrat qubernatoru Qretçen Vitmerin evdə qalma karantin müddətini mayın 15-dək uzatması olub.

"Amerika Patriot Mitinqi" adlandırılan etiraz aksiyası “Michigan United for Liberty” tərəfindən təşkil edilib. Etirazçılar heç olmasa dövlət müəssisələrinin 1 may tarixindən fəaliyyətini bərpa etməsini tələb ediblər.

 

Etirazçıların bir qismi  millət vəkillərinin mübahisə etdiyi kapitolaya buraxılmazdan əvvəl polis onların temperaturunu yoxlayıb. Məlumata görə, Miçiqan ştatı da koronavirusa yoluxma sayına görə ABŞ-da öndə gedən vilayətdir, burada  Covid-19-dan 3888 nəfər ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş