ABŞ Milli Meteoroloji Xidməti sunami təhlükəsi barədə xəbərdarlıq edib
Bu gün ABŞ-ın Alyaska ştatının sahillərində güclü zəlzələ baş verib - maqnitudası 7,4-dür. AYNA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri 1000-ə yaxın insanın yaşadığı Sand Point şəhərindən 106 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 9,3 kilometr dərinlikdə olub.
ABŞ Milli Meteoroloji Xidməti isə sunami təhlükəsi barədə xəbərdarlıq edib.
Aprelin sonunda seysmoloqlar Alyaska sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alıblar. Daha sonra yeraltı təkanların episentri Çiqnik kəndindən 106 kilometr şərqdə yerləşib. Mənbə 77 kilometr dərinlikdə olub.