Altı rayonun təhsil şöbəsinin müdirləri işdən çıxarılıb

Cəmiyyət

27.01.2020 - 16:51

Təhsil naziri: “Təhsil müəssisələrində 80 nəfər ciddi nöqsanlarına görə işdən kənarlaşdırılıb”

 

“Nazirlikdə vətəndaş müraciətlərinə ciddi reaksiya verilir. Nazirliyin “qaynar xətt”i daim fəaliyyət göstərilir. Aparılan nəzarət tədbirləri nəticəsində bəzi məsələlərdə boşluqların olması faktı təsdiqini tapıb”.

 

AYNA xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib. 2019-cu ilin yekunları və 2020-ci ildəki planlara həsr olunan tədbirdə çıxış edən nazirin sözlərinə görə, 2019-cu ildə görülən tədbirlərin nəticəsi olaraq, 6 rayon təhsil şöbəsinin rəhbərinin iş müqaviləsinə xitam verilib.

 

“Bundan başqa, 10 rayon təhsil şöbəsi əməkdaşı və 3 ərazi maliyyə hesablama mərkəzinin rəhbərinə inzibati qaydada tədbirlər görülüb. 7 hal üzrə ciddi faktlar aşkarlanıb, hüquq mühafizə orqanlarına lazımi materiallar təqdim olunub. Təhsil müəssisələrində 80 nəfər ciddi nöqsanlarına görə işdən kənarlaşdırılıb”, - Bayramov bildirib.

Müəllif: Ayna.az