Almaniyada koronavirusa yoluxanların sayı artmaqda davam edir
Almaniya səhiyyə idarələrinin son məlumatına görə, ölkədə son 12 saatda koronavirusa yoluxanların sayı 1367 nəfər artaraq 100 min 132-ə, ölənlərin sayı 1584-ə çatıb. AYNA xəbər verir ki, bu barədə “Tagesspiegel” qəzeti məlumat yayıb.
Almaniyada koronavirusdan həyatını itirən Türkiyə vətəndaşlarının sayı isə 34-ə yüksəlib.
Qeyd edək ki, Almaniya bu statistika ilə ABŞ, İspaniya və İtaliyadan sonra 4-cü, ölüm sayına görə isə 9-cu yerədir.