Merz Moskvanı 30 günlük atəşkəsdən imtina ediləcəyi təqdirdə Rusiyanı yeni sanksiyalarla hədələyib
“Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 17-ci sanksiyalar paketi artıq formalaşdırılıb və Moskva Ukraynada 30 günlük atəşkəs təklifini rədd edərsə, enerji sektorunda və maliyyə bazarında yeni məhdudiyyətlər gələcək”. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Fridrix Merz deyib.
"Bu həftə real irəliləyiş olmasa, biz Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli dərəcədə sərtləşdirilməsinə nail olmaq üçün Avropa səviyyəsində birlikdə işləyəcəyik. Hamınız bilirsiniz ki, Aİ-nin 17-ci sanksiyalar paketi artıq formalaşıb. Biz bunu təsdiqləyəcəyik və Rusiya rəhbərliyi ötən həftə birgə irəli sürdüyümüz təkliflərlə razılaşmasa, əlavə sanksiyaların tətbiqini müdafiə edəcəyik. Biz enerji sektoru və maliyyə bazarı kimi digər sahələrə də yaxından baxacağıq”, - Almaniya kansleri Berlində Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə birgə mətbuat konfransında bildirib.