Ali Məhkəməyə yeni hakimlər təyin olunub

Xəbərlər

05.05.2020 - 12:06

cedabet dərman SEO Xidməti

Milli Məclisin iclasında hakimlər təyin olunması məsələsinə baxılıb

 

Milli Məclisin bu gün keçirilən iclasında Ali Məhkəməyə hakimlər təyin olunması məsələsinə baxılıb. AYNA bildirir ki, parlamentin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin sədrinin müavini Kəmalə Abıyeva və Şirvan Apellyasiya Məhkəməsinin sədrinin müavini Ələsgər Novruzov Ali Məhkəmənin hakimləri vəzifəsinə gətiriliblər.

 

Həmçinin Bakı Apellyasiya Məhkəməsinin hakimləri Zaur Əliyev, Vüqar Həsənov, Abidin Hüseynov, İsmayıl Xəlilov, Elşad Şamayev Ali Məhkəməyə hakim postuna gətiriliblər.

 

Bundan başqa, Gəncə Apellyasiya Məhkəməsinin hakimi İspəndiyar Şəfiyev, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Aqil Abbasov, Çingiz Əsgərov, Bəhman Qəribov, Bəhram Məmmədli də Ali Məhkəmənin hakimləri təyin olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş