Belarusun Baş naziri Füzuliyə səfər edib
Azərbaycanda rəsmi səfərdə olan Belarusun Baş naziri Aleksandr Turçin erməni işğalından azad edilən Füzuli rayonuna səfər edib. AYNA.AZ xəbər verir ki, Baş nazir Füzuli Beynəlxalq Aeroportunda qarşılanıb.
Qonağa Füzuli Beynəlxalq Hava Limanı haqqında məlumat verilib.
Bildirilib ki, 2021-ci ildə istifadəyə verilən hava limanı rekord müddətdə - təxminən 9 aya tikilib. Füzuli Beynəlxalq Hava Limanı bu gün təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq və inkişaf simvoludur.
Qeyd olunub ki, Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Aeroportu bölgənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir.