Albaniyada zəlzələ qurbanlarının sayı 20-ə çatdı - <font color=red> FOTOLAR</font>

Dünya

26.11.2019 - 23:56

Həkimlər Klinikalar SEO Xidməti

Bu gün paytaxt Tiranada 6,4 bal gücündə zəlzələ olub

 

Albaniyada dağıdıcı zəlzələnin qurbanlarının sayı artaraq 20 nəfərə çatıb.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Albaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. 42 nəfər isə dağıntılar arasından xilas edilib. Hazırda Durres və Tuman şəhərlərində xilasetmə əməliyyatları davam etdirilir. Axtarışlara İtaliya, Yunanıstan, Fransa, Türkiyə, Serbiya, Çernoqoriyadan dəstək gəlib.

 

Xatırladaq ki, bu gün paytaxt Tiranada 6,4 bal gücündə zəlzələ olub. Təkanlar Durres və Tumanda da uçquna səbəb olub. Bundan əvvəl 13 nəfərin öldüyü, 600 nəfərin isə yaralandığı bildirilmişdi.

 

Prezident İlir Meta yaralılara baş çəkərək vəziyyəti dramatik adlandırıb. Son məlumatlara görə, onlarla itkin düşən var.






 
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş