Aktauda kafedə güclü partlayış baş verib

Dünya

08.11.2021 - 07:38

Kafenin yerləşdiyi bina tamamilə dağılıb

Qazaxıstanın Aktau şəhərində kafedə güclü partlayış baş verib. AYNA xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində kafenin yerləşdiyi bina tamamilə dağılıb.

Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinin yaydığı məlumata görə, Aktaunun 29 A mikrorayonunda yerləşən “Ayanat” kafesində naməlum şəraitdə partlayış baş verməsi barədə məlumat daxil olub. Hadisə yerinə departamentin işçiləri cəlb ediliblər.

Zərərçəkənlər barədə hələlik məlumat yoxdur.

Müəllif: Ayna.az