Aİ Rusiyaya sanksiya tətbiq etməyə hazırlaşır

Dünya

10.10.2020 - 18:21

Navalnının zəhərlənməsinə görə Rusiyaya sanksiya tətbiq oluna bilər

 

Avropa İttifaqı (Aİ) rusiyalı müxalifətçi Aleksey Navalnının zəhərlənməsinə görə Rusiyaya sanksiyalar tətbiq etməyə hazırlaşır. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Fransa və Almaniya başda olmaqla, Aİ ölkələri Navalnının Rusiyada qəsdən zəhərlənməsi səbəbi ilə sanksiya tətbiq etmək niyyətindədirlər.

 

Sanksiyanın hansı istiqamətdə olması ilə bağlı Aİ ölkələrinin Xarici İşlər nazirləri oktyabrın 12-də Luksemburqda bir araya gələcəklər. Bununla yanaşı, Rusiyaya səyahət və Avropadakı hesabların dondurulmasının da sanksiyalara aid ediləcəyi qeyd olunur.

 

Aİ rəsmilərindən birinin açıqlamasına görə, bəzi qurumlar və şəxslər də sanksiyaların siyahısına daxil edilə bilər: "Lakin hələlik dəqiq siyahı yoxdur. Oktyabın 12-də bu istiqamətdə siyasi anlaşma əldə edilə bilər".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş