Aİ Rusiyaya qarşı növbəti sanksiyalar paketini qəbul etməyi planlaşdırır

Dünya

15.11.2024 - 11:32

Həkimlər Klinikalar SEO Xidməti

Bu paketə ticarətə əlavə məhdudiyyətlər, Rusiyanın kənd təsərrüfatı məhsullarına rüsumlar daxil ola bilər

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı ticarət məhdudiyyətlərini və kənd təsərrüfatı məhsullarına rüsumları ehtiva edən növbəti sanksiyalar paketi 2025-ci ildə qəbul edilə bilər. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Aİ həmçinin gələn ilin əvvəlində, simvolik tarix olan 24 fevraldan əvvəl qəbul edəcəyinə ümid etdiyi daha böyük sanksiyalar paketi üzərində işləyir”, bildirilib.

Qeyd olunub ki, bu paketə ticarətə əlavə məhdudiyyətlər, həmçinin Rusiyanın kənd təsərrüfatı məhsullarına rüsumlar daxil ola bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş