Aİ İranda həbs olunmuş etirazçıların edamlarını pisləyib

Dünya

20.05.2023 - 02:21

cedabet dərman SEO Xidməti

Peter Stano: "Bu təcrübəyə dərhal son qoymağa çağırırıq"

Avropa İttifaqı (Aİ) İranda məhkum edilmiş etirazçıların son edamlarını qəti şəkildə pisləyir.

AYNA xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarının mətbuat katibi Peter Stano tviterdəki hesabında yazıb.

“Avropa İttifaqı İranda həbs edilmiş etirazçıların son edamlarını ən kəskin şəkildə pisləyir, bir daha İran hakimiyyəti etirazçılara qarşı ölüm hökmünün tətbiqi və həyata keçirilməsi kimi çox qınanılan təcrübəyə dərhal son qoymağa çağırır”, - Peter Stano qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş