İki nəfər xəsarət alıb
Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. AYNA-nın “Report”a istinadən məlumatına görə, rayonun ərazisində 2 avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi bölməsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.