Hadisə Vurğun qəsəbəsi ərazisində qeydə alınıb
Ağstafada yol qəzası baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsi ərazisində qeydə alınıb.
“VAZ” markalı iki minik avtomobilinin toqquşması nəticəsində rayon sakinləri - 28 yaşlı Məcid Rzayev, 27 yaşlı Azər Bayramov, 40 yaşlı Ramin Hacıyev, 65 yaşlı Şahin Qasımov, 31 yaşlı İlkin Abdullayev və 39 yaşlı Sübhan Vəliyev xəsarət alıb.
Onlar Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırmalara başlanılıb.