Ağdərədə 250-dən çox erməniyə tibbi yardım göstərilib

Xəbərlər

13.01.2021 - 18:27

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya sülhməramlılarının həkimləri Qarabağda ermənilərin müayinə edirlər

 

Rusiya sülhməramlılarının həkimləri Ağdərədə 250-dən çox erməniyə tibbi yardım göstərib. AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, həkim qəbuluna ehtiyacı olanlar Azərbaycanın Ağdərə şəhərindəki səhra xəstəxanasında qəbul edilib və onlara tibbi yardım göstərilib.

 

Nazirlik bildirib ki, Dağlıq Qarabağda yerli sakinlərin müraciətləri və müalicələri Xankəndi və Ağdərə şəhərlərində qurulan səhra xəstəxanalarında aparılır.

 

"Uzaq olan bəzi ərazilərə isə səyyar həkim qrupları tibbi xidmət göstərir", - deyə məlumatda qeyd edilib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş